Müğənnilər Sevil və Sevinc Səfərova bacıları da uzun illərdir ATV kanalının “qara siyahı”sında idi.

Axşam.az-ın məlumatına görə, bu günlərdə “Xəzər” telekanalındakı aparıcılıq fəaliyyətinə son qoyan bacıların ATV-dəki qadağası da götürülüb. Belə ki, Sevil və Sevincin sözügedən kanalın mikrofonuna müsahibə verərkən çəkilən şəkilləri sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, əkizlər ATV-də yayımlanan “Yeni ulduz” müsabiqəsinin iştirakçısı olublar. Daha sonra onlar “Xəzər”də aparıcı kimi çalışmağa başlayıb. Bundan sonra ATV onlara efir qadağası qoymuşdu.

Sevil və Sevinc bu yaxınlarda müsahibələrinin birində “Nə bilmək olar, bəlkə bundan sonra bizə qadağa qoyan kanallara da çıxdıq” sözlərini demişdi.



                 

Digər Xəbərlər