İlk bölümündən reytinqdə birincilik əldə edən “Sen Anlat Karadeniz” serialının ötən günki seriasında bir səhnə tamaşaçıları valeh edib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində “Nəfəs”i dəlilər kimi sevən “Vedat” xarakterinə həyat verən Mehmet Ali Nuroğlunun dünənki aktyorluq bacarığı hər kəsi təəccübləndirib.

Belə ki, “Nəfəs” sonuncu bölümdə ərinin zəif yerini tapıb. O, silahı götürərək özünü öldürmək istəyib. Bu zaman Alinin “Vedat” olaraq oynadığı obraz hər kəsi məst edib.

İzləyicilər Mehmetin yüksək aktyorluq bacarığını heyran olduqlarını bildiriblər.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.



                 

Digər Xəbərlər