"Efirdən bixəbər aparıcılarımız..." - Brilliant tənqid etdi

"Efirdən bixəbər aparıcılarımız..." -  Brilliant tənqid etdi
1877 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova efirlərə az-az çıxmasının səbəbini açıqlayıb.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, qeyri-peşəkar aparıcılar efirdə günü-gündən çoxalır:

“Sonra deməyin ki, televiziya proqramlarında tez-tez görsənmirəm. Seda Sayan verilişinə gələn qonağa necə diqqət göstərir. Bizim bir çox televiziya proqramlarımızda aparıcıların efir mədəniyyətindən xəbəri yoxdur. Müğənni musiqi ifa edərkən aparıcının dəfələrlə başqa işlə məşğul olduğunu görürük. Çünki efirdən bixəbər şəristəsiz proqram "aparıcılarımız" get-gedə çoxlarır”.