3 həftə əvvəl ana olan modeli əri bıçaqlayıb öldürdü

3 həftə əvvəl ana olan modeli əri bıçaqlayıb öldürdü
8624 dəfə oxunub
  • A-
  • A
  • A+
3 həftə əvvəl ana olan tanınmış model Anastasiya Cecati 34 yaşlı əri Aleksey Mitaki tərəfindən qətlə yetirilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı modelin öldürülməsinə səbəb həyat yoldaşı ilə mübahisəsinin düşməsi olub. Anastasiyanı bıçaqlayaraq qətlə yetirən Aleksey daha sonra özünü 7-ci mərtəbədən ataraq intihar edib. Cütlüyün uşağı hadisə yerinə gələn təcili tibbi yardım işçiləri tərəfindən evin digər otağında tapılıb.

Qeyd edək ki, Anastasiya karyerasına 16 yaşından başlayıb. O, “Playboy” və “Maxim” jurnallarının üz qabığında, bir neçə serialda çəkilib.