Xəbər verdiyimiz kimi, dünən “Bobash pictures”in aktyoru Elşən Orucovun toyu olub.

Axşam.az-ın məlumatına görə, “Fəlakət” obrazı ilə tanınan Elşən İlahə adlı xanımla ailə qurur.

Məclis Sumqayıtda restoranlardan birində baş tutub. Gecəyə aparıcılar, müğənnilər və bir çox tanınmışlar qatılıblar.

Məclisin sonunda isə cütlüyün xına mərasimi keçirilib. Toydan görüntüləri qonaqlar sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Elşən və İlahənin oğlan toyu martın 5-də olacaq.

 
 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər