“Mənə deyirlər ki, sən danışma, ancaq oxu”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Show time” verilişində qonaq olan əməkdar artist Elnarə Abdullayeva deyib.

O bildirib ki, bir çoxları onun danışıq qabiliyyətini bəyənmir:

“Kənddən gəlmişəm, orada gördüyüm kimi danışıram. Şəhərdə böyüməmişəm axı. Bu gün “Gələgəm”, “Gedəgəm” deyə bilmərəm. Elə desəm, kənddən məni tanıyanlar deyəcəklər ki, bu qız dəli olub. Bu nə danışıqdı? Bu cür danışığa pis baxmıram. Sadəcə mən kənddə mal, heyvan yanında böyümüşəm, bununla da fəxr edirəm.

Pis danışıram ki? Danışanda kimsə pis yola düşür? Daha danışığımı dəyişən deyiləm. Dəyişsəm, zülm çəkərəm”.



                 

Digər Xəbərlər