Xəz geyinmədiyi üçün xəstəxanalıq oldu

Xəz geyinmədiyi üçün xəstəxanalıq oldu
1865 dəfə oxunub
  • A-
  • A
  • A+
Uzun müddətdir xəz paltolar geyinməyən müğənni Bülent Ersoy yenidən kürklərinə qayıdacaq.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu sənətçinin özü açıqlayıb. O deyib ki, heyvansevərlər tərəfindən xəz geyindiyi üçün tənqid olunduğundan həmin paltolardan imtina etmişdi. Ancaq Ersoy yenidən xəz geyinəcək. Bunun isə 2 səbəbi var:

“Kürk geyinmədiyim üçün 12 gün xəstəxanada yatdım. Bədənim öyrəşib, geyinmədim, ciyərlərimə soyuq oldu və xəstəxanalıq oldum. 2-cisi, qanunvericilər xəzi qadağan etmədiyi üçün geyinəcəyəm. Seriallarda xəz geyinənləri niyə tənqid etmirsiniz? Mən də xəz geyinərək buna etirazımı bildirəcəyəm”.