Uşaqların ifasında “Xocalı” tamaşası olacaq

Uşaqların ifasında “Xocalı” tamaşası olacaq
838 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında fevralın 26-da “Xocalı” adlı tamaşa təqdim olunacaq.

Bu barədə Axşam.az-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən bildirilib.

Tamaşa Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası tərəfindən hazırlanıb.

Səhnə əsərinin quruluşçu rejissoru və ssenari müəllifi studiyanın bədii rəhbəri Larisa Tarusovadır.

Tamaşa saat 15:00-da başlayacaq.