Növbəti hədəflərindən biri Azərbaycandır - fotolar

Növbəti hədəflərindən biri Azərbaycandır - fotolar
2199 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərəli cütlük - Endi Davidson və Alissa Patter 4 ay öncə sahib olduğu ev və avtomobili sataraq 10 illik dünya turuna çıxıblar.

Axşam.az xarici KİV-ə istindən xəbər verir ki, motosikletlə tura çıxan ər-arvad ötən gün Türkiyənin İznik əyalətinə çatıb.

İndiyənədək Fransa, Almaniya, Avstraliya, Slovakiya, Macarıstan, Serbiya, Bulqarıstan və Yunanıstanda olan cütlük 5 min kilometr yol qətt edib.

Bu gündən səyahətə davam edən Davidson və Patter qarşıda Gürcüstan, Ermənistan, Azərbaycan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Moqolustan, Yaponiya, Hindistan, Asiya, Şimali Amerika və Şimali Afrikanı görmək niyyətində olduqlarını bildiriblər.