Nikita Mixalkovun nəticəsi olub - fotolar

Nikita Mixalkovun nəticəsi olub - fotolar
1552 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor və aktyor Nikita Mixalkovun nəticəsi olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 72 yaşlı rejissorun 25 yaşlı nəvəsi Aleksandra ana olub.

Bu barədə xəbəri Nikitanın oğlu Stepan Mixalkov İnstaqram səhifəsində qızı Aleksandranın şəklini paylaşaraq verib.

Qeyd edək ki, uşağın atası 23 yaşlı aktyor Petr Skvorçovdur.

Xatırladaq ki, Kann, Venesiya kimi dünyanın nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkov bir çox filmlərin rejissoru, ssenaristi, baş prodüseri və bədii rəhbəridir.