“Bozbash pictures”dən Şöşü obrazı ilə tanınan aktyor Ramil Babayev sonuncu “Bir xalanın sirri” filmində qızı ilə çəkilib.

Axşam.az xəbər verir ki, bu barədə aktyorun özü deyib. O, qızı Ayanın epizodik rolda çəkildiyini qeyd edib:

“Mənim balaca mələyim Ayan “Bir xalanın sirri” filmində epizodik rol alıb. Allah bütün balaları saxlasın”.

Qeyd edək ki, “Bir xalanın sirri” filminin premyerası fevralın 28-də, nümayişi isə martın 1-də baş tutacaq.


                 

Digər Xəbərlər