Türkiyənin məşhur aktyoru Bakıdadır - foto

Türkiyənin məşhur aktyoru Bakıdadır - foto
4410 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyal Bakıdadır.

Axşam.az xəbər verir ki, aktyor “Məlahətli söhbətlər” verilişində qonaq olmaq üçün Azərbaycana gəlib. Hüseyn Avni Danyalla şəkillərini sosial şəbəkədə paylaşan əməkdar artist Fərqanə Qasımova onun Azərbaycan mahnılarını dinləməyi çox sevdiyini yazıb.

Türkiyəli məşhur musavat.com-un əməkdaşı ilə söhbətində Bakı ilə bağlı təəssüratlarını bu cür bölüşüb:

“Bakını çox bəyənirəm. 4 il öncə də bura gəlmişdim. Hər gələndə də Qız Qalasını ziyarət edirəm, onun içərisini gəzmək çox xoşuma gəlir”. Daha çox “Kurtlar vadisi” serialından məşhurlaşan aktyor yeni seriallara çəkiləcəyini də açıqlayıb:

“Yeni seriallar olacaq. Lakin onların adlarını deyiləcək duruma gəlməmişik, danışıqlar aparılır”.