Ailə qurduqdan sonra əri ilk dəfə görüntüləndi - fotolar

Ailə qurduqdan sonra əri ilk dəfə görüntüləndi - fotolar
3180 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Emili Ratajkovski ərə getdikdən sonra ilk dəfə həyat yoldaşı, prodüser Sebastyan Bir-Makklardla görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Nyu-Yorkda restoranlardan birinə yollanarkən paparazzilərə tuş gəlib.

Emili leopart naxışlı kostyum, əri isə idman geyimində olub. Hər ikisi xoşbəxt görünüb.

Xatırladaq ki, 26 yaşlı model ailə qurması haqda xəbəri ötən gün sosial şəbəkədə toy fotoları paylaşaq verib.

Onun 3 illik sevgilisi Ceff Maqiddən nə zaman ayrılması sosial şəbəkə izləyiciləri üçün müəmmalı qalıb. Açıqlaması ilə hər kəsi təəccübləndirən Ratajkovski özünə sadə nikah mərasimi edib.