Şamil Əliyevin “Çölçü” filmi 6-cı "Virgin Spring Cinefest 2018" fevral ayının “Ən yaxşı bədii film”i mükafatına layiq görülüb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Axşam.az-a verilən məlumata görə, rejissor bununla “Golden Galaxy Award” mükafatına nominant statusunu qazanıb.

Mükafatlandırma mərasimi oktyabr ayında Hindistanın Kəlküttə şəhərində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.


                 

Digər Xəbərlər