"Bir ailə" filminin təqdimatı olacaq

"Bir ailə" filminin təqdimatı olacaq
1172 dəfə oxunub
  • A-
  • A
  • A+
Nizami Kino Mərkəzi ilə “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin iki görkəmli xadiminin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimini keçirəcək.

Mərkəzdən Axşam.az-a verilən məlumata görə, film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir.

Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.