Məşhur model Kendal Cennerin “Oskar” mükafatlandırma gecəsi münasibətilə təşkil olunan partiyə geyindiyi libas diqqət çəkib.

Axşam.az-ın məlumatına görə, paltarın eynisini əməkdar artist Röya Ayxan aylar əvvəl geyinib. Röya sözügedən paltardan “Altın kelebek” mükafatlandırma mərasimi münasibətilə təşkil olunan konsertdə istifadə edib.

Qara qısa və sinə dekolteli paltar məşhur modelyer Marni Senofonte tərəfindən hazırlanıb. “Marnix Marni” markası altında satılan libas 2017-ci il kolleksiyasıdır.

 
 
 
 
 
 


                   

Digər Xəbərlər