Nazilə efirə çıxan gəlinindən danışdı: "Çirkin əməllərində mənim adımı səsləndirir"

Nazilə efirə çıxan gəlinindən danışdı: "Çirkin əməllərində mənim adımı səsləndirir"
12035 dəfə oxunub
  • A-
  • A
  • A+

Şairə, aparıcı Nazilə Səfərli qardaşı arvadı Pərvanənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində dediyi iradlara münasibət bildirib.

Axşam.az Unikal.org-a istinadən xəbər verir ki, qiraətçi xanım qardaşının ailə işlərinə müdaxilə etmədiyini bildirib:

"Qardaşımın ailəsinə qarışmaq mənə yaraşmaz. Onun ailə işinə qarışmıram. Mən ailə qurub, ata evindən çıxanda atam mənə "Sən bu evə yalnız qonaq kimi gələ bilərsən" deyib. Xahiş edirəm, bu məsələyə görə mənim adımı hallandırmasınlar. Mən qardaşıma görə məsuliyyət daşımıram. Hüquqi dövlətdə yaşayıram. Başqalarının ailə işlərinə müdaxilə etmirəm. Gəlinimiz "Səni axtarıram" verilişinə çıxmaq üçün mənim adımdan istifadə edir. O adamlar dükandan borc mal alanda, çirkin əməllərində həmişə mənim adımı səsləndirir. Beş bacının bir qardaşı olsa da, biz onun işinə qarışmırıq və qarışmamışıq da".

Qeyd edək ki, Nazilə Səfərlinin qardaşı arvadı Pərvanə Xoşqədəm Hidayətqızının verilişində şairənin ailəsi haqda qalmaqallı açıqlamalar verib. O, 3 illik həyat yoldaşından boşanmasında baldızlarının və qayınanasının əli olduğunu söyləyib. Pərvanə Nazilə Səfərlidən kömək istədiyini, ama heç bir yardım görmədiyini bildirib.