Evini kirayə verən aktrisa, baxın, özü harada qalır - fotolar

Evini kirayə verən aktrisa, baxın, özü harada qalır - fotolar
5595 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ümidsiz ev qadınları" ("Desperate Housewives") serialının aktrisası Teri Haçer maraqlı addım atıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa Los-Ancelesdə olan lüks villasını kirayə verib özü isə avtomobildə gecələyir.

Teri Malibuda çimərliklərdən birində paparazzilərə tuş gəlib. O, bir müddət çay içib kitab oxudu, daha sonra isə sahildə şəkil çəkdirdi.

Haçer yaşıl avtomobili ilə yollarda insanlarla söhbət edir, bunu lentə alır və layihə kimi təqdim etməyi düşünür.

O, hələ uzun müddət avtomobildə qalacağını bildirib.