22 ildir, dəyişməyən aparıcı - fotolar

22 ildir, dəyişməyən aparıcı - fotolar
2623 dəfə oxunub
  • A-
  • A
  • A+
Çinin dövlət televiziyası CCTV-də hava xəbərini təqdim edən aparıcı Yanq Dan 22 ildir ki, öz görünüşü ilə tamaşaçıları təəccübləndirir.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 22 yaşından karyerasına başlayan aparıcı illərdir eyni kanalda xəbərləri təqdim edir. Yanqın 22 il boyunca televiziya görüntüləri sosial şəbəkədə hər kəsin müzakirə obyektinə çevrilib.

Bədən və üz quruluşu dəyişməyən Dan “yaşlanmayan ilahə” adlandırılır. Hətta bəziləri onun qocalmağın qarşısını alan mifik bulaqdan su içdiyini də iddia edir.