Ərdoğanın nəvəsi yarışmaya qatıldı, aparıcının xəbəri olmadı

Ərdoğanın nəvəsi yarışmaya qatıldı, aparıcının xəbəri olmadı
6402 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nəvəsi Ömər Ərdoğan “TRT Çocuk” kanalında yayımlanan “Huqo” ləqəbli Tolqa Qaripoğlunun “Rüzgar gülü” proqramına qoşulub.

Axşam.az türkiyə mediasına istinadən xəbər verir ki, lakin bundan proqramın aparıcısının xəbəri olmayıb. Prezidentin nəvəsini tanımayan aparıcı digər uşaqlar kimi ona da suallar ünvanlayıb və səhv, doğru cavablarından sonra hdiyyələrini qazanıb.

Ömərin də digər uşaqlar kimi verilişə qoşulmaq üçün həftələrlə sırasını gözlədiyi məlum olub. Aparıcıya isə verilişin prodüseri bilərkədən prezidentin nəvəsi ilə danışdığını söyləməyib.