Tünzaləni bəyənmədi, Ramala söz atdı - Niyamdan qalmaqallı açıqlama

Tünzaləni bəyənmədi, Ramala söz atdı -  Niyamdan qalmaqallı açıqlama
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

“ATV maqazin onlarla”nın “Hit parad” rubrikasının qonağı müğənni Niyam Salami olub.

Axşam.az-ın məlumatına görə, sənətçi 10 müğənninin mahnılarına görə sıralayıb. Niyam onuncu pilləyə Murad Ariflə Dilarə Kazımovanın duetini layiq görüb.

Sənətçi Nadir Qafarzadəni oğurluqda ittiham edib və doqquzuncu yerə qoyub. O bildirib ki, Nadir “Sən olmazsan” mahnısını Sibel Candan oğurlayıb.

Niyam Samir Cavadzadəni səkkizinci edib. Zamiq Hüseynovu isə yeddinci yerə layiq görüb:

“Niyə mənimlə arada küsürsən? Onun qardaşının mağazasından çox paltar geyinmişəm. Enerjin olmadığı üçün, səni yeddinci edirəm.

Tünzalə istedadlı xanımdır, bəstələri var. Amma sonuncu mahnıdan xoşum gəlmədi. Ona görə də altıncı olsun”.

Niyam Günay İbrahimlinin ifasını bəyəndiyini bildirib:

“Günayın mahnısı səslənəndə, səs tembrindən bilinir ki, odur, öz yeri var. Beşinci yerdə olsun”.

Salami dostu Kərim Abbasovu dördüncü edib və Rəhim Rəhimliyə söz atıb. Sənətçi İradə İbrahimovanı üçüncü edib və onun ünvanına təriflər yağdırıb:

“İradə - adı çəkiləndə deyə bilmərəm ki, hansısa mahnısı pisdir. İradənin oxumağını sevirəm. İkinci isə Natavan Həbibi olsun. Kişmiş qızım, özünəməxsus mahnıları var”.

N.Salami birinci pilləyə isə müğənni Samir Piriyevi layiq görüb.

O, onluqdan Ramal İsrafilovu uzaqlaşdırıb.