28 yaşlı müğənni Teylor Svift “Delicate” mahnısına klip çəkdirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, mahnı ifaçının “Reputation” adlı 6-cı albomuna daxildir. Klipin süjetinə əsasən, Teylor təntənəli mərasimlərin birində qonaq olur.
 
Ona məktub verilir və bundan sonra Teylor gözəgörünməz olur. Bundan istifadə edən Svift istədiyi hər yerdə rəqs edir, əylənir. Klip “Youtube” kanlına yükləndikdən sonra 3 milyondan çox baxılıb.



                   

Digər Xəbərlər