"Qayınanam evini, həyat yoldaşını atıb..." - "Toppuş bacı"

"Qayınanam evini, həyat yoldaşını atıb..." -  "Toppuş bacı"
6981 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Tünzalə Əliyeva övladına qayınanasının baxdığını deyib.

Axşam.az-ın məlumatına görə, aktrisa “10-dan sonra” verilişində uzun müddətdir qayınanasının onlarla yaşadığını söyləyib:

“Qayınanam olmasaydı, heç bir işimin arxasınca gedə bilməzdim. Hətta verilişə də gələ bilməzdim. Evdə körpə var. İl yarımdan çoxdur ki, qayınanam evini, həyat yoldaşını atıb bizdə qalır. Uşağıma o baxır”.

Əməliyyatla mədəsini kiçildən "Toppuş bacı" ləqəbli aktrisa 14 kiloqram arıqladığını söyləyib:

"Mədəmi kəsib atdılar. Mədəmi o qədər balacalaşdırıblar ki, indi onu üç yarpaqdolması ilə genişləndirmək istəyirik. 20 günə 14 kiloqram çəki atdım".