Teatr beynəlxalq festivalda çıxış edib

Teatr beynəlxalq festivalda çıxış edib
779 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) Al- Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram Tamaşalar Festivalında və martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edib.

Teatrdan Axşam.az-a bildirilib ki, VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Teatrın kollektivi və tamaşanın rejissoru Mehriban Ələkbərzadə səfər təəssüratlarını bölüşərkən deyib:

“Hər iki səfərdə, Əl –Füceyradan sonra Dehli və Kəlkütədə həyəcan dolu və füsunkar günlər yaşadıq. Çox gözəl və məhsuldar səfər oldu. Xoşbəxtəm ki, Gənc Tamaşaçılar Teatrının heyəti ilə bir yerdəyik. Tamaşamız maraqla qarşılandı. Aktrisa Kəmalə Hüseynovanın oyunu tamaşaçılarda möhtəşəm təəssürat yaratdı”.