Türkiyənin Balıkəsir rayonunun Kepsut qəsəbəsində maraqlı hadisə baş verib.

Axşam.az “İha”ya istinadən xəbər verir ki, qəsəbə sakini İbrahim Qırcalı evinə gələn qonaqlar üçün həyətindəki xoruzu kəsmək istəyib.

Lakin bu zaman bıçağı görən xoruz dil açaraq “Anne” (ana), “anne” (ana) deyib. Bunu görən İbrahim xoruzu kəsmək fikrindən daşınıb:

“Xoruz “Anne”, “anne” dedikdən sonra qorxdum. Onu kəsməyəcəyimə söz verdim. O, indi çox məşhurdur. Cammaat hamısı onu görməyə gəlir”.



                   

Digər Xəbərlər