60 yaşlı aktrisa Şeron Stoun yeni sevgi münasibətinə başlayıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, özündən 19 yaş kiçik italiyalı iş adamı Andjelo Boffa ilə görüşür.

41 yaşlı Andjelo daşınmaz əmlak ticarəti ilə məşğul olur.

Cütlük ilk dəfə ötən ilin dekabrında İsveçrədə işgüzar səfər zamanı tanış olub. Daha sonra bu ilin yanvarında onları Nyu-Yorkda öpüşərkən görüblər.

İtaliya mediası Şeron və Andjelonun "Sevgililər günü"nü Fransada otellərdən birində keçirdiyi və hətta onların gizlincə nişanlandığını da qeyd edib.

Xatırladaq ki, cütlük ötən həftə Mayamidə çimərliklərdən birində paparazzilərə tuş gəlib.

 
 
 
 
 


                   

Digər Xəbərlər