"Kurtlar Vadisi"nin "Ömər Baba"sı Musiqili Teatrda - fotolar

"Kurtlar Vadisi"nin "Ömər Baba"sı Musiqili Teatrda - fotolar
505 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin məşhur "Kurtlar Vadisi" serialında "Ömər Baba" obrazı ilə yadda qalan Emin Olcay və müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrda olub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, qonaqları teatrın direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, təmir işlərindən sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.

Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncer Cucenoğlu yaxın gələcəkdə onun əsərlərinin də bu teatrın möhtəşəm səhnəsində tamaşaya qoyulacağına ümidvar olduğunu dilə gətirib.