“Whatsapp”da mənə söyüşlər yazırdılar” – Murad Dadaşov

“Whatsapp”da mənə söyüşlər yazırdılar” –  Murad Dadaşov
1263 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Murad Dadaşov sosial şəbəkədə yazılan tənqidlərdən danışıb.

Axşam.az-ın məlumatına görə, “Açıq pəncərə” proqramına qonaq olan şoumen bildirib ki, ona da təhqirlər yazılır:

“İnsanların natamam həyatından irəli gəlir. Bir qrup şəxslər var idi ki, “Facebook”da, digər sosial şəbəkələrdə, hətta “whatsapp”da da mənə nəlayiq söyüşlər yazırdılar. Mən o sözlərin çox kobud formasını eşidən də belə başa düşdüm ki, insanlar həyatda böyük bir travma ilə üzləşiblər. Hər şeyin təhəri var. Biz sanki sosial şəbəkələrdə qaydasız döyüşdəyik”.