Şamaxıya 30 sm qar yağıb

Şamaxıya 30 sm qar yağıb
691 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən günorta saatlarından başlayaraq Şamaxıya yağan qar və yolların buz bağlaması hərəkəti iflic edib. Ucqar kəndlərə daha çox qarın yağması bu kəndlərə gediş-gəlişi çətinləşdirib.

Axşam.az ARB Şəki-yə istinadən xəbər verir ki, təxminən 25-30 sm qalınlığında olan qar və buz Şamaxı-Pirqulu yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Rayonun Qızmeydan, Qəleybuğurd, Pirbəhli, Keçmədil, Qaladərəsi, Sis, Dəmirçi, Zaradxeyberi kəndlərinə gedən yolda avtomobillərin hərəkəti bir neçə saatlıq məhdudlaşıb.

Kəndlərə gedən bəzi sürücülər öz minik avtomobilini yolun kənarında saxlamalı olub, bəziləri isə digər yük avtomobilləri vasitəsilə hərəkət ediblər. Əraziyə Şamaxı rayon 8 saylı yol istismar idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, hazırda yollara qum-duz qarışığı səpilir, yollar qardan təmizlənir.

Bakı-Şamaxı-İsmayıllı magistralının bəzi hissələrində, Qobustan, Ağsu, Pirqulu yolunda kəskin duman müşahidə olunur.

Ərazidə havanın şaxtalı olması səbəbindən yolların yenidən buz bağlayacağı istisna edilmir.