“Leyla Şıxlinskaya vergiyə görə belə edirdi”

“Leyla Şıxlinskaya vergiyə görə belə edirdi”
753 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahid Yeganə Şahnazərova deyib ki, klinikada iki dəfə müalicə alıb:
 
"Qohumlarım pul ödəyib, məbləği bilmirəm".

Yelena Smirnova bildirib ki, klinikada növbətçi həkim işləyir:

"Ayda bir dəfə mühasibatlıqdan pulumuzu alırdıq. Növbətçi qaldığım hər gecə üçün 50 manat, bayram günləri 70 manat alırdım. Maaşım da növbətçi qaldığım günlərə görə hesablanırdı".

Sevda Əlizadə deyib ki, klinikada 8 il baş həkimin müavini və sonra isə 2 il direktor vəzifəsində işləyib:

"Mən direktor  təyin edəndə Leyla Şıxlinskaya qarşıma şərt qoydu ki, maliyyə işlərinə qarışmayım. Mən yalnız əməliyyatlara nəzarət edirdim. Direktor təyin olunanda maaşın bir hissəsini kartla, qalanını əlbəəl almışam. Dəqiq bilmirəm, amma yəqin vergiyə görə belə idi. Leyla Şıxliniskayanın hər şeydən xəbəri var idi. Maliyyə işlərinə özü nəzarət edirdi. Bütün işçilər də maaşın kartla verildiyini bilirdi, çünki klinikada bankomat quraşdırılmışdı".

Proses aprelin 6-da davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib.

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.