Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan sosial şəbəkədə onu təhqir edən və 4 ilədək həbsi istənilən aktrisa Selin şekerci haqda olan şikayət ərizəsini geri götürüb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 2014-cü ildə Əminə Ərdoğan haqda nalayiq sözlər işlətmişdi. Ötən il isə buna görə birinci xanımdan üzr istəyən aktrisa “Xanım Əminə Ərdoğandan yazdıqlarıma görə üzr istədim və üzrümü qəbul etdi. Məni anlayışla qəbul etdiyi üçün ona təşəkkürümü bildirirəm”.

Əminə Ərdoğan vəkili vasitəsilə şikayətindən imtina etdiyini bildirib.


                   

Digər Xəbərlər