Məşhur aktrisanı ona dəyişdi - fotolar

Məşhur aktrisanı ona dəyişdi -  fotolar
1756 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Cennifer Enistondan ötən ay boşanan aktyor Castin Terinin yalnızlığı uzun sürməyib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 46 yaşlı aktyor 25 yaşlı rəssam Petra Kollinzlə görüşür.

Cütlük bir neçə gün öncə restoranlardan birində şam edərkən görüntülənib. Bundan başqa, Teriyə yaxın mənbə onun Petra ilə hələ Cenniferdən boşanmamış münasibəti olduğunu söyləyib.

Ötən gün Castinin İnstaqramda Kollinzi işarələyərək paylaşdığı şəkil də onların sevgili olmasını sübut edib.

Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Onlar bu ilin fevralında rəsmən boşanıblar.