Gülben keçmiş ərinə məhkəmədə uduzdu

Gülben keçmiş ərinə məhkəmədə uduzdu
2121 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülben Ergenin şikayəti əsasında zorla həbsi tələb edilən aparıcı-jurnalist Erhan çelik bəraət qazanıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı məhkəmənin uzaqlaşdırma qərarından sonra eks-həyat yoldaşının bu qərara əməl etmədiyini və ona qarşı təhqir, hədə dolu sözlər işlətdiyini iddia etmişdi.

Məhkəmə Çelikin 3 ay boyunca Ergenə və uşaqlarına 50 metrdən artıq yaxınlaşmasını qadağan etmişdi. Gülbenin vəkili Erhanın bu qərara uymadığını söyləmiş və zorla həbsini istəmişdi. İstanbul 11-ci Ailə Məhkəməsi isə qadağanın pozulmadığına və Erhan Çelikin bəraət qazanmasına qərar verib.

Qeyd edək ki, Gülben Ergen məhkəməyə gəlməyib.