Həftəlik 350 min alan Kənana görə işçilər ayağa qalxdı

Həftəlik 350 min alan Kənana görə işçilər ayağa qalxdı
4273 dəfə oxunub
  • A-
  • A
  • A+
Baş rolda aktyor Kənan İmirzalıoğlunun çəkildiyi və həftəlik 350 min lirə (təxminən 175 min manat) aldığı “Mehmed: Bir cihan Fatihi” serialının işçiləri etiraz ediblər.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, etiraza səbəb onların bir həftədir, pullarını ala bilməmələridir. Bundan başqa, Kənanın tez-tez qışqıraraq işçilərə problem yaratması da onları hövsələdən çıxarıb.

Onlar İmirzalıoğlunun kaprizlərinə dözə bilmədiklərini və 2 min lirəlik (təxminən 1000 manat) qonorarlarını ala bilmədiklərini bildiriblər. İşi yarımçıq qoyan heyətin pulu ödənildikdən sonra onlar çəkiliş meydançasına qayıdıblar.