"Oğlumun hər şeyi hazırdır, mayda doğulacaq"

"Oğlumun hər şeyi hazırdır, mayda doğulacaq"
2077 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aktyor Özcan Dəniz alış-veriş zamanı görüntülənib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, ata olmağa hazırlaşan sənətçi oğlunun hər şeyini hazırladıqlarını deyib:

“Doğuşa az qalıb. Bir az alış-veriş etdim. Oğlumun hər şeyi hazırdır. Ad mövzusunda hələ bir qərara gəlməmişik. İki ad arasında qalmışıq. İkisi də mdoern addır, köhnə adlardan deyil. Mayda dünyaya gələcək. Xaricdə yox, Türkiyədə doğulacaq”.

Qeyd edək ki, Özcan Dəniz martın 8-də özündən 20 yaş kiçik Freyza Aktanla nişanlanıb. Aktyorun xanımı 7 aylıq hamilədir.