Daha bir məşhur brend təbii xəzdən imtina etdi

Daha bir məşhur brend təbii xəzdən imtina etdi
1437 dəfə oxunub
  • A-
  • A
  • A+
“Gucci”, Tom Ford”, “Givenchy” və “Michael Kors” brendlərindən sonra “Versace” də təbii xəz istifadəsindən imtina edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə moda evinin rəhbəri Donatella Versace məlumat yayıb. O, “1843” jurnalına müsahibəsində “Xəz? Mən artıq bu işlərdə yoxam. Dəb xətrinə heyvanları öldürmək düzgün deyil”, - deyə bildirib. Bundan sonra o, süni xəzdən istifadə edəcəklərini deyib.