Əbülfəs Qarayev vətəndaşlarla görüşüb - fotolar

Əbülfəs Qarayev vətəndaşlarla görüşüb -  fotolar
415 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Naftalan şəhərində gerçəkləşib.

Axşam.az xəbər verir ki, nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.