"Arşın mal alan" Parisdə nümayiş olunub

"Arşın mal alan" Parisdə nümayiş olunub
514 dəfə oxunub
  • A-
  • A
  • A+
Fransanın paytaxtı Parisdə xarici ölkələrin film festivalı çərçivəsində "Arşın mal alan" filmi nümayiş etdirilib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, ekran əsəri Azərbaycanın Fransadakı səfirliyi, Heydər Əliyev Fondu və Parisdə Xarici Mədəniyyətlər İnstitutları Forumunun birgə təşkilatçılığı ilə Parisin məşhur “Yelisey Çölləri” küçəsi yaxınlığında yerləşən “Balzak” kinoteatrında baş tutub.

Üzeyir Hacıbəyovun operettası əsasında yazılan və 86 dilə tərcümə edilən, həmçinin dünyanın 136 ölkəsində nümayiş etdirilən bu musiqili film fransalı kino həvəskarları tərəfindən böyük maraqla izlənilib və marağa səbəb olub.

Filmi izləməyə gələnlər arasında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, məşhur fransız kino aktyoru Robert Hossein və digər şəxslər olub.