Cey Lodan qeyri-adi fotosessiya

Cey Lodan qeyri-adi fotosessiya
3526 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Cennifer Lopez "Harper's Bazaar" jurnalının aprel buraxılışı üçün kameralar qarşısına keçib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı ifaçı dərgi üçün qeyri-adi fotosessiya etdirib.

Müxtəlif obrazlarda olan Cey Lo eyni zamanda müsahibə də verib. O, hazırda sevgili olduğu beysbolçu Aleks Rodrigezdən danışıb:

"Onunla çox xoşbəxtəm. O, mənim əkizlərim, mən də onun qızları ilə yaxşı yola gedirik. Amma hələ ailə qurmağı planlaşdırmıram. Mən nikaha inanıram. İstəyirəm, qocalanda yanımda məni sevən biri olsun. Ona görə hələ tələsmirəm".