Azərbaycanlı aktyor avtomobil qəzasında xəsarət alıb - fotolar

Azərbaycanlı aktyor avtomobil qəzasında xəsarət alıb -  fotolar
3185 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Ziya Bünyadov prospektinin Nizami rayonu ərazisində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, Həziyev Yasin Qəni oğlu idarə etdiyi "90-XL-449" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən maşınında texniki nasazlıq yaranıb (Maşının benzin nasosu xarab olub). Avtomobildə olan aktyor sərnişin Fərhad Səmimi sürücüyə kömək etmək üçün aşağı düşüb.

Bu zaman taksi fəaliyyəti ilə məşğul olan 38 yaşlı Məmmədov Firdovsi Teyyub oğlunun idarə etdiyi "10-LB-746" dövlət qeydiyyat nişanlı "VAZ-2105" markalı avtomobil arxadan sürətlə gələrək "Mercedes"ə çırpılıb. Nəticədə Fərhad Səmimi yüngül bədən xəsarəti alıb. Ona ambulator yardım göstərilib.

Faktla bağlı Yol Patrul Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib.