Özcan Dənizin nikah görüntüsü

Özcan Dənizin nikah görüntüsü
2815 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-aktyor Özcan Dəniz özündən 20 yaş kiçik hamilə sevgilisi Feyza Aktanla evlənib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, nikah mərasimi mediaya qapalı keçirilsə də, mərasimdən görüntülər yayılıb. Ağ gəlinlik əvəzinə qara sadə libas seçimi edən Feyza ilə Özcanın nikahı sənətçinin villasında bağlanıb.

Qeyd edək ki, Feyza Aktan 7 aylıq hamilədir. Onların oğlu dünyaya gələcək.