Bakıda qeyri-adi sərgi açılıb - fotolar

Bakıda qeyri-adi sərgi açılıb -  fotolar
2729 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda “Keçmişə addım” adlı sərgi açılıb.

Axşam.az-ın məlumatına görə, sərgi bir çox maraqlı məqamlarla yadda qalıb.

Qədimi Bakının ənənələrini əks etdirən tədbirdə tonqal qalanıb, tamaşa nümayiş etdirilib və milli musiqilər səsləndirilib. Sərginin ideya müəllifi Selcan Əliyevadır.

Sərgidə istifadə edilən müxtəlif qədimi xalçalar, misdən, tuncdan, gümüşdən düzəldilən məişət əşyaları və ev avadanlıqları, zinət əşyaları xalq yaradıcılığının tarixi, etnoqrafiyası ilə tamaşaçıları tanış edib. Sərgi keçmiş həyat haqqında təsəvvür yaradıb.

Tədbirə şou-biznes nümayəndələri də qatılıblar.

Foto: Ramin ASLANOV