Vaqif Mustafazadənin xatirəsi anılıb

Vaqif Mustafazadənin xatirəsi anılıb
607 dəfə oxunub
  • A-
  • A
  • A+

Beynəlxalq Muğam Mərkəzində əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin doğum günü ərəfəsində görkəmli musiqiçinin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə V.Mustafazadə haqqında qonaqlara ətraflı məlumat verilib, onun Azərbaycan musiqisindəki xidmətlərindən danışılıb.

Qeyd edilib ki, o, Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb.

Sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında konsert proqramı təqdim edilib. Azərbaycan və dünya bəstəkarlarının kompozisiyaları və Vaqif Mustafazadənin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən məharətlə ifa olunub. Əməkdar artist Cavan Zeynallı da öz ifaları ilə gecəyə rəng qatıb.