O da Türkiyə şou-biznesinə qatıldı... - fotolar

O da Türkiyə şou-biznesinə qatıldı... -  fotolar
6546 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Əsədova (Tovuzlu) Türkiyə şou-biznesinə qatılıb.

Axşam.az-ın məlumatına görə, Şəbnəm bir neçə gündür bununla əlaqədar İstanbula yollanıb. Əsədova orada bir neçə televiziya və radio proqramına dəvət olunub. Sənətçi eyni zamanda Türkiyədə keçirilən “Uluslararası tükedici zirvesi” mükafatlandırma mərasiminə qatılıb. 31-cisi keçirilən gecədə Şəbnəmə də mükafat verilib.

Sənətçi bildirib ki, İstnabulda “Əli” mahnısına klip çəkdirir:

“Çəkilişlərimiz başlayıb. Bundan başqa Ekim Akkaşla “Gelin” adlı mahnını duet şəklində oxuduq. Türkiyədə çox sevilən “Qadasın alaram” mahnımı radiolardan birinə verdim. Yaxın günlərdə Seda Sayanın proqramında və “Beyaz show”da qonaq olacam”.