44 yaşı olduğunu deyən Serenin yalanını bu foto üzə çıxardı

44 yaşı olduğunu deyən Serenin yalanını bu foto üzə çıxardı
6093 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar adı qalmaqallarda hallanan müğənni-aparıcı Seren Serengilin yalanı üzə çıxıb.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi indiyədək həqiqi yaşını hər kəsdən gizlədirmiş. Belə ki, Seren 1974-cü ildə anadan olduğunu desə də, əslində onun 1971-ci ildə dünyaya gəldiyi sübut olunub.

Anadan olduğu gün aktyor atası Öztürk Serengillə qəzetlərin birində üz qabığına çıxan müğənninin yaşının 44 yox, 47 olduğu aydınlaşıb.