Samirə 25 ildir görmədiyi qardaşını axtarır

Samirə 25 ildir görmədiyi qardaşını axtarır
1418 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Samirə Yusifqızı qardaşının axtarışına çıxıb.

Axşam.az-ın məlumatına görə, sənətçi bunun üçün “Səni axtarıram” verilişinə müraciət edib.

O bildirib ki, qardaşı 25 ildir yoxa çıxıb və ondan heç bir xəbər ala bilmirlər:

“1993-cü ilə qədər münasibətimiz olub. Ondan sonra əlaqələrimiz kəsilib. O, mənim ögey qardaşımdır. Atamız birdir, anamız ayrı. Onlar Azərbaycandan köçüb gediblər. Maraqlandım, yaşadıqları evi də söküblər. Mən axtarmağa imkanım olmayıb, heç olmasa o, axtarardı. Başına nəsə gəlsəydi, xəbərim olaydı. Atam 1994-cü ildə rəhmətə getdi, əlaqəmiz kəsildi. Onun dayıları Amerikada yaşayır”.