Damla ilə eyni səhnəyə çıxmaqdan imtina etmişdilər - barışdılar

Damla ilə eyni səhnəyə çıxmaqdan imtina etmişdilər -  barışdılar
5542 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları uzun müddətdir küsülü olduqları Damla ilə bir araya gəliblər.

Axşam.az-ın məlumatına görə, onların birlikdə hava limanında çəkilən videosu sosial şəbəkədə paylaşılıb. Görüntünü bacılardan biri lentə alıb. Onların eyni masa arxasında mehriban oturması əks edilib.

Müğənnilər Moskvaya toy mərasiminə birlikdə yollanıblar.

Qeyd edək ki, Sevil və Sevinc uzun müddətdir Damla ilə küsülüdürlər. Onlar hətta Damlanı “Xəzər TV”də bir vaxtlar aparıcısı olduqları “Hər şey daxil” verilişinə də dəvət etmirdilər. Əkizlər sənətçi ilə proqramlarda, konsertlərdə eyni səhnəni paylaşmaqdan dəfələrlə imtina etmişdilər.