Teatrda "Qar kraliça" oldu - fotolar

Teatrda "Qar kraliça" oldu - fotolar
1969 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün H.K.Andersenin “Qar kraliça” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub.

Axşam.az xəbər verir ki, tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatı İradə Muradova, plastik həlli Ceyhun Dadaşovdur. Rolları Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digər aktyorlar ifa ediblər.