Mükafat almaq üçün çıxdığı səhnədə açıqlaması ilə təəccübləndirdi

Mükafat almaq üçün çıxdığı səhnədə açıqlaması ilə təəccübləndirdi
3369 dəfə oxunub
  • A-
  • A
  • A+

“Narin Yarim” mahnısından sonra daha çox tanınan müğənni Banu Parlak mükafat üçün getdiyi tədbirdə maraqlı açıqlama verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Ən yaxşı çıxış edən qadın sənətçi” mükafatını alan Banu söz demək üçün çıxdığı səhnədə açıqlaması ilə hər kəsi təəccübləndirib.

“Bura gəlməmişdən əvvəl nə deyəcəyimi düşünmüşdüm. Amma həyəcanlandım deyə unutdum. Sevincimdən hamilə halda bura qaça-qaça gəldim. Bu arada, bu xəbəri də nəzərinizə çatdırmış oldum”, - deyə Parlak bildirib.

Qeyd edək ki, müğənni ötən ilin sentyabrında Okan Öztürklə nikah masasına oturub.