Bakıda kilosu 700 manata alça satılır - video

Bakıda kilosu 700 manata alça satılır - video
1567 dəfə oxunub
  • A-
  • A
  • A+

Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümi olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar.  Düzdür, market və bazarlarda bu meyvələr tapılsa da qiymətləri yaya nisbətən bahadır.

Axşam.az-ın Xezerxeber-ə istinadən məlumatına görə, alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.

Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri-mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.

Satıcılar onu da qeyd ediblər ki, bayramdan sonra qiymətlər enə bilər.